39 yaşlı Darren Roberts divanda uzanıb televizora baxdığı yerdə boynunda və çiyinlərində güclü ağrı hiss edərək, isti vanna qəbul edib.
Ağrının səngidiyini görərək yatağa uzanan kişi 20 dəqiqə sonra əl-ayağının hərəkət etmədiyini görüb.
Medicina.az xəbər verir ki, hadisə Britaniyada baş verib.
Kişi güclə valideynlərinə zəng edə bilib. Təcili yardım pasiyenti hospitəlizə edir.
“Mən hər şeyin bu qədər ciddi olacağını gözləmirdim. Huşum özümdə idi, danışırdım, amma heç nə hiss etmirdim. MRT-dən keçəndə artıq huşumu da itirdim”.
Həkimlər onda pnevmoniyadan başqa ciddi xəstəlik aşkarlamayıb.
Xəstənin getdikcə pisləşdiyini görən həkimlər onu süni komaya saldılar.
Bir aylıq müalicədən sonra onu ayıldıblar.
Lakin Robert iflic vəziyyətindədir.
Həkimlər ona izah edib ki, onun onurğa beynində ciddi geridönməz zədələnmə baş verib.
Pasiyent müstəqil hərəkət edə bilmədiyi üçün hələ də həkim və sanitarların nəzarətindədir.