Kürdəmir rayonunun Cənub Məhəlləsində yerləşən fərdi yaşayış evlərindən birində yanğın hadisəsi baş verib.
Medicina.az xəbər verir ki, Eminov Elman Səfa oğluna məxsus evin yanması nəticəsində 3-ü azyaşlı olmaqla, bir ailənin 5 üzvü - İmişli rayon sakinləri - 1988-ci il təvəllüdlü Əsədov Anar Binyət oğlu, 1985-ci il təvəllüdlü Hüseynova Qəndab Adışirin qızı, 2011-ci il təvəllüdlü Əsədova İlahə Anar qızı, 2015-ci il təvəllüdlü Əsədova Günay Anar qızı, 2017-ci il təvəllüdlü Əsədov Binyət Anar oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.
Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətləri ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndəriliblər. Hadisəyə ilkin səbəb kim