Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Telefonunuzda olan təhlükəli bakteriyalar – XƏBƏRDARLIQ

  • 2024.01.30 15:39
  • 966 Baxış
Telefonunuzda olan təhlükəli bakteriyalar  – XƏBƏRDARLIQ

94% smartfonlarda normadan artıq bakterial çirklənmə müşahidə olunub.


“Medicina” xəbər verir ki, Rusiyanın Rospotrebnadzor qurumu telefonların düzgün dezinfeksiyasını vacib hesab edib.


Telefon istifadəçiləri qadjetlərin gigiyenasına fikir vermir, sadəcə ekranı silir, bununla da özlərini müxtəlif xəstəliklərə yoluxdururlar.

Ekspertlər “bakteriyalar qaynaşan” telefonun ekranlarında hətta təhlükəli qızılı stafilakokk da aşkarlayıblar.

Bu bakteriya ilə yoluxma əlləri burun, ağız,ş gözlərə sürtdükdə baş verir.
Bundan qorunmaq üçün telefonlar dezinfeksiya olunmalıdır.

Əgər çexol varsa, o yuyulmalı, spirtlənməlidir.

Telefonun səthi antiseptik spirtli məhlulla 2 gündən bir silinməlidir.
Dezinfeksiyadan sonra əllər təmiz yuyulmalıdıdır.

Xüsusən uşaqlara böyüklərin toxunduğu, müxtəlif səthlərə qoyulan telefonlar verilməməlidir.

Aygün