Koronavirusu test etmək üçün yeni yaradılan analiz metodu PoST adlanır.
London Oflalmoloji institutunun üzvlərinin kəşf etdiyi bu metodla insanın şəxsi mobil telefonunun eksranından PZR yaxma götürməklə onun kovid olub-olmadığını 90-100% hallarda dəqiq təyin edir.
Medicina.az xəbər verir ki, insanın tez-tez telefonla danışarkən ağız suyundan ekrana çökən hissəciklərdə mütləq virus zərrəcikləri qalır.
Yeni testin sınaqları zamanı telefonundan yaxma testi müsbət çıxanların burundan PZR yaxması da müsbət çıxıb. Bu isə yeni metodun dəqiq olduğunu sübut edir.
PoST testi smartfon sahibinin koronavirusun hansı stamina yoluxduğunu da təyin edir.
Metodun müəllifləri hesab edir ki, bu test ən ucuz, qeyri-invaziv və PZR testə layiqli alternativ analiz növüdür.
Bu metodla virusa yoluxub simptomsuz keçirənləri də aşkar etmək mümkün olur.