Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Telefonu çarpayıdan 2 metr aralı qoyun - Professor

  • 2025.01.17 21:02
  • 216 Baxış
Telefonu çarpayıdan 2 metr aralı qoyun -  Professor
Uzanarkən telefonla məşğul olmaq yuxu sağlamlığına mənfi təsir edir.

Medicina.az xəbər verir ki, bu barədə türkiyəli mütəxəssis Prof. Dr. Levent Öztürk araşdırma aparıb.



Öztürk bildirib:

"Telefonun ekranı mavi spektrdə işıq olduğundan beynimizdən ifraz olunan və yuxu üçün çox vacib olan melatonin hormonunun ifrazını boğur. Bu, yuxuya getməyimizi çətinləşdirir.

Oyun oynamaq, video izləmək və sosial mediada vaxt keçirmək yuxusuzluğa səbəb olur".

“Telefon çarpayıdan ən azı 2 metr aralıda olmalıdır”

Yataq otağında telefon, planşet və kompüter istifadə etməməyi tövsiyə edən Öztürk sözlərini belə davam etdirib:

"Yataq otağında telefon varsa, o, çarpayıdan ən azı 2 metr aralıda olmalıdır. Təbii ki, indi çoxumuz telefona bağlıdır. İnsanlar davamlı olaraq telefonun olub-olmadığını yoxlayırlar. Telefonlarına mesajlar, bildirişlər gəlir, bunlar da psixologiyanı pozur”.




Aygün Nəbiyeva
Medicina.az