Hər gün, hər saat smartfondan istifadə insan psixikasında dərin iz qoyur və asılılıq yaradır.
“Medicina” xəbər verir ki, psixiatr Viktor Rudov telefon asılılığının xəstəliyə çevrildiyini bildirib.
“Nomofobiya – telefonundan ayrılmaq, ayrı düşmək, telefonsuz qalmaq qorxusudur.
Telefonun zərərləri az deyil: yuxusuzluq, depressiya, təşviş, diqqət yayqınlığı, sosial fobiya, skolioz.
Üstəlik telefonsuz qalmaq qorxusu əlavə təşviş yaradır.
Hazırda bu sindromdan telefon istifadəçilərinin 3-də ikisi əziyyət çəkir.
Rəqəmsal asılılığı vaxtında saxlamaq lazımdır, çünki dərinləşsə yalnız psixiatrik metodlarla xilas mümkündür.
Psixikadan əlavə gadcetlərdən saatlarla istifadə beyini, empatiyanı və libidonu əzir.
Gündə 1 saat tam telefonsuz saat elan edin, 1 gün telefonu evdə unudun, kitab, kağız informasiyaya keçin, vizual canlı seyri artırın”.
Aygün