İnsanların mobil telefonlarda danışmağa sərf etdikləri vaxt ürək sağlamlığına təsir edir.
“Medicina” xəbər verir ki, Çin tədqiqatçıları aktiv şəkildə smartfonlardan istifadə edən insanlarda insult və infarkt riskinin daha yüksək olduğunu müəyyən edib. Onlar xüsusilə hipertoniyanın inkişafına həssas olurlar.
Mütəxəssislər Böyük Britaniyanın Biobankından orta yaşı 54 olan 212 min britaniyalının məlumatlarını təhlil ediblər. Tədqiqatın əvvəlində onların heç birində yüksək qan təzyiqi yox idi.
İştirakçıların monitorinqi zamanı onlarfın mobil telefonlarla danışmağa sərf etdikləri ümumi vaxtı nəzərə alıblar.
Uzun müddət istifadə edilən cihazların yaydığı radio dalğaları yüksək təzyiqə səbəb ola bilər.
Smartfonlara nə qədər çox vaxt sərf olunarsa, insult və infarkt ehtimalı yaradan yüksək qan bir o qədər yüksəlir.
Çinli professorun sözlərinə görə, smartfonlarından ən çox istifadə edən insanların psixi sağlamlığı da pis ola bilər ki, bu da onların ürəyinə mənfi təsir göstərir. Alim bildirib ki, ürəyi qoyumaq üçün mobil telefonla zənglər və vaxt minimuma endirilməlidir.
Aynurə Məmmədova