Mavi işığa çox məruz qalma insanda bioloji qocalmanı artırır.
Bu işıq isə telefon, kompüter, televizor və noutbuklarda, planşetlərdə və mavi lampalarda var.
"Medicina" xəbər verir ki, Oriqona universitetinin alimləri mavi işığın milçəklərə təsirini elmi araşdırıb.
Sübut olunub ki, mavi işığa həddindən artıq məruz qalma əsas hüceyrə funksiyamıza əhəmiyyətli dərəcədə təsir edir və erkən qocalmağa səbəb olur.
Mavi işıq hüceyrə və mitoxondrilərin işini pisləşdirir. Onlarln tez qocalmasına və tükənməsinə səbəb olur.
"Mavi işığa həddindən artıq məruz qalmanın məhdudlaşdırılması erkən qocalmanın qarşısını ala bilər".
Müasir evlərdə led- ağ işıqların daha çox istifadəsi insanların tükənməsi və erkən qocalmasına səbəb olur.
Aygün Musayeva