Smartfon telefonlar beyni necə məhv edir?
İsveç psixiatrı Anders Hansen smartfonların insan beyni və inteleksinə təsirini illərdir araşdırır.
Onun 2016-cı ildə çap olunmuş “Birinci sinif beyni” adlı kitabı yarım milyon tirajla satılıb və sensasiyaya səbəb olub.
O hesab edirdi ki, internet, windows, smartfonları yaradanlar uşaqlarına kiçik yaşlarda telefon vermirlər və onlar smartfonun insan beyninə təsiri barədə informasiyanı gizlədirlər.
İnsan gün ərzində 2000-3000 dəfə telefona toxunur. Hər 5 dəqiqədən bir onu əlinə alır. 18-25 yaş arasında gənclərdən hər 3 nəfərdən biri gecə ayılıb ən azı 2 dəfə telefona baxır.
Sosial şəbəkələr isə insanın şəxsiyyət vəsiqəsi kimi həyatının hissəsi olub.
Hətta gecə yatanda və yuxudan ayılan kimi oyanıb ilk olaraq teledona baxmaq beyni yayındırır, beyin hüceyrələrini zədələyir, sinir sistemi və psixika ilə bağlı problemlər yaradır, insanları depressiyaya salır, uşaqların əqli inkişafını pozur.
Deyilənə görə, dünyanın nəhəng İT şirkətlərinin və rəqəmsal dünyanın rəhbərləri öz övladlarına müəyyən yaşa qədər smartfon və gadjetləri vermir ki, onların diqqət və konsentrasiya problemi olmasın.
Medicina.az “Rəqəmsal iynə üzərində” kitabının müəllifi Anderson Hansenin smartfonların beynə necə təsir etməsi barədə fikirlərini təqdim edir:
“ Smartfonlara baxmaq, sosial şəbəkələrdə əylənmək, yazışmaq, oyunlar, videolar, başqaları ilə söhbətləşmək beyində hər gün dofamin adlı maddəni lazım olduğundan çox hasiı edir. Dofamin razılıq hormonudur. İnsan bu hormondan narkotik kimi asılı olur. Daha sonra telefon, sosial şəbəkə olmayanda, insanda narkotik lomka deyilən hiss əmələ gəlir, sanki narkotiki və ya siqareti bitib. Beyin öyrəşdiyi dofamin dozasını başqa mənbədən tapa bilmir. Bu zaman insan aqressivləşir, özünü itirir, müəyyən simptomlar yaranır. Əgər tezliklə, insan sosial şəbəkəyə daxil olmasa və bu tələbat ödənməsə hətta intihar həddinə belə çata bilər.
Ona görə də uşaqdan və ya gənc insandan telefonu aldıqda o küsür. aqressivləşir, hətta özünü öldürə də bilir.
İnsan beyni həyatda müəyyən şəraitlərdə yaşamaq və sağ qalmaq üçün yaradılıb, bütün günü düşünüb, əylənmək xoşallanmaq üçün yox. İnsan ovçudur, o real hərəkət zamanı qarşısına çıxan vəziyyətə uyğun beynini işə salır.
Beyin divanda oturub, rəqəmsal dünyaya baxıb, ona lazım olmayan görüntü, səs, adamlardan həzz almaq üçün yaradılmayıb
Müasir insanın beyni 100 il əvvəlki insanın beynindən bioloji olaraq heç nə ilə fərqlənmir, amma beyinə verdiyi yük fərqlənir. Beyin təbiətən rəqəmsal aləm üçün nəzərdə tutulmayıb.
İnsan bir gün belə smartfonsuz qala bilmir. Bəlkə kimsə yazıb, bəlkə xəbər var, bəlkə nəsə paylaşılıb?
Beyin daima “bəlkələr” gözləyir, dofamin bunu artırır.
Biz beyinə bu həzzi verməsək, o bizdən qisasını alacaq.
Smartfon qumar kimidir, azartlı oyundur, narkotikdir. Bunlara qurşanan insanın beyni necədirsə. smartfondan asılı adam da eynidir. Bizim davranışımız, danışığımız, həyatı qavramağımız, insanlara mübasibətimiz, hətta bədən dilimiz çox dəyişib.
Bizim bədənimiz həyatdan həzz ala bilmir, ancaq beyin smartfondan gələn həzzlə sakitləşir.
Rəqəmsal aləm insanı azarta çəkir. Bəlkə, ola bilsin, bəxtim gətirəcək, bu dəfə yaxşı olacaq.
Sən özünün yaxşı bir şəklini profilə qoyursan, instagramda paylaşırsan ki, kimsə bunu görsün. Sonra telefonu bir kənara atıb işinlə məşğul ola bilirsənmi? Yox. Hər dəqiqə telefona baxıb, görüm kim baxıb, neçə nəfər like edib, kimlər rəy yazıb, kim tərifləyib deyə yoxlayırsan. Beləliklə, cəmi bir şəkil səni saatlarla telefondan asılı edir, ağılın orda qalır və dofamin sintezi artır, yüksəlir.
Bu narkotik alidəçisinin narkotik dozası aldığı zaman aldığı eyforya həzzinə bərabərdir. Sadəcə biz onu maddə, tüstü, narkotik iyi ilə yox, informasiyanın təsiri ilə yaşayırıq. Beyin üçün fərqi yoxdur, narkotik yoxsa musiqi, yoxsa səs, yoxsa qida, və ya şəkil. O gözlədiyini almalıdır.
Ona görə də indiki gənclərin 100%-i narkotik istifadəçisinin beyninə sahibdir və smartfonlar sürətlə beyini dəyişir. Sadəcə bunu uzun müddətə edir, xoş edir. Biz deyə bilmərik ki, telefonlardan, sosial şəbəkələrdən tamam imtina edək. Artıq bunu heç kim bacarmacaq. Amma biz heç olmasa 7 yaşına kimi uşaqları telefondan uzaq tutmalıyıq ki, onların beyni həyata düzgün adaptasiya olsun və diqqət, nitq və düşünmə funksiyaları inkişaf etsin”.
Əla məlumat