ABŞ-da yaşayan bir damar cərrahı Ayfon cihazlarıyla əlaqəli işləyən mobil ultrasəs vasitəsilə boğazında xərçəng aşkarlayıb.
Medicina.az publika.az-a istinadən xəbər verir ki, o, elektrikli təraş aparatına bənzəyən "Butterfly İQ” adlı cihazla buna nail olub.
Cihazı boğazında hərəkət etdirən həkim 3 sm-lik şişi Ayfona düşən görüntülər sayəsində müəyyən edib. Cihaz yaxın vaxtlarda ABŞ-da 1999 dollara satışa çıxarılacaq.