Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Telefon çox işlədənlərdə onurğa yırtığı yaranır - İdman həkimi

  • 2022.11.30 13:45
  • 1769 Baxış
Telefon çox işlədənlərdə onurğa yırtığı yaranır -  İdman həkimi
Fəqərələrarası disk yırtığı, radikulopatiya, miofassal sindrom, beldə digər ağrı və problemlər telefon və planşetlərdən müntəzəm istifadə nəticəsində ola bilər.


Bakupost.az xəbər verir ki, idman həkimi Aleksandra Çistyakova əlindən telefonu buraxmayan insanlarda spesifik poza yarandığını və bunun fəsadlarını açıqlayıb.

“Tibdə buna SMART qamət deyilir. Boyun irəli aşağı əyilir, əzələlər gərginləşir, çiyinlər yığılıb, əl dirsək və biləkdən daim qatlanmış vəziyyətdə. Telefon boyundan xeyli aşağıdadır və insan üzünü telefona sarı aşağı yaxınlaşdırır.
Getdikcə bu qamət bir çox nevroloji pozulmalara gətirib çıxarır. Bunlardan biri Karpal tunel sindromudur - əl, bilək, barmaqlarda hərəkət məhdudiyyəti, sinir sıxılması, keyimə, ağrı.

Digər problem boyun ostexondrozu, yırtığıdır. Telefona əyilmiş boyun onurğaya təzyiqi artırır, bu da ümumi kürəkdə ağrılara səbəb olur.

Ağırlaşma kimi lümbaqo, işias, yırtıq ola bilər.

Onurğa, qamət əyilməsi xroniki baş ağrısı, boyun qurumasına səbəb olur. Onurğa əyildikcə daxili orqanlara da basqı artır, yerdəyişmə olur”.