Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tələbələrin zehni üçün bu şirə faydalıdır

  • 2025.03.29 11:06
  • 436 Baxış
Tələbələrin zehni üçün bu şirə faydalıdır

Üzüm şirəsi tələbələr və yaşlılar üçün faydalıdır.


“Medicina” xəbər verir ki, Cincinnati Universitetinin (ABŞ) alimləri erkən yaddaş itkisi əlamətləri olan 12 nəfərin iştirakı ilə araşdırma aparıblar.


4 ay ərzində altı nəfər 100 faiz üzüm suyu içib. Digər altı xəstəyə isə müxtəlif içkilər verilib. Hər iki qrupdakı iştirakçıların yaddaş səviyyələri həkimlər tərəfindən mütəmadi olaraq yoxlanılıb.

Sınaq müddətinin sonunda üzüm suyu içənlərin yaddaşının yaxşılaşdığı məlum olub. Alimlər hesab edirlər ki, bu, onun tərkibində olan, qabığında və bilavasitə giləmeyvə şirəsində yerləşən antioksidantlarla bağlıdır.

Tədqiqatın rəhbəri, doktor Robert Krikorian deyir: "İki qrup əsas funksiyalarında heç bir əhəmiyyətli fərq göstərmədi". Lakin insanlardan sadalanan sözləri yadda saxlamağı xahiş etdikdə "üzüm" qrupunun iştirakçıları xeyli inandırıcı nəticələr göstərdilər. Biz inanırıq ki, üzüm şirəsi qısamüddətli və məkan, qeyri-şifahi yaddaşı yaxşılaşdırır. Bu, üzüm şirəsinin gündəlik qida rasionuna daxil edilməsinin yaşlı insanların pəhrizinə çox faydalı əlavə olacağını sübut edir".



Bu araşdırma antioksidantla zəngin qidaların (şirələr, meyvələr, tərəvəzlər, yaşıl çay və s.) bəzi populyasiyalarda koqnitiv funksiyanı qorumağa və zehni qabiliyyətlərin azalmasına kömək etdiyinə dair arqumentə əlavə dəstək verir.

Aygün Musayeva