Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tələbələr qidadan zəhərlənib - AÇIQLAMA - FOTO

  • 2019.11.21 16:19
  • 6361 Baxış
Tələbələr qidadan zəhərlənib -  AÇIQLAMA - FOTO
"İlkin araşdırmalara və digər tələbələrin verdiyi məlumata görə, zəhərlənmə ev şəraitində hazırlanaraq konservləşdirilmiş və ya marketdən alınmış qidalardan ola bilər. Hadisə gecə saatlarında baş verib”.


Medicina.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bunu Bakı Dövlət Universitetinin sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev deyib.


O bildirib ki, tələbələr özlərini yaxşı hiss etmədiklərinə görə təcili tibbi yardım çağırılıb: "3 tələbə olub otaqda. Onların vəziyyəti yaxşılaşandan sonra tibbi yardım binanı tərk edib. Amma çox təəssüf ki, səhər saatlarında tələbələr yenidən özlərini pis hiss ediblər. Onlardan biri dünyasını dəyişib. Ailəsinə başsağlığı veririk.


Prorektor əlavə edib ki, digər iki tələbə 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə alır: "Onlar həkimlərin tam nəzarəti altındadır, şükür ki, həyati təhlükələri yoxdur. Hadisə özü isə birbaşa universitetin rəhbərliyinin tam nəzarətindədir. Bu hadisədən çox təəssüflənirik...”


Əliş Ağamirzəyev BDU-nun tələbələrinə tövsiyə də verib: "Öz qidalarına, gigiyenik qaydalara riayət etsinlər ki, belə bədbəxt hadisələr baş verməsin”.


Prorektor vurğulayıb ki, yataqxana binasında qaz olmayıb. Qeyd edib ki, hazırda həkimlərin yekun rəyini gözləyirlər.

 

Qeyd edək ki,  Ölən tələbəninin 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Hasmətova olması müəyyən edilib və onun nişanlı olduğu bildirilib. Ş. Hasmətova Fizika fakültəsinin tələbəsi olub. Zəhərlənən digər iki tələbənin adı da açıqlanıb. Onlar Dilrubə Quliyeva və Həmidə İbadovadır.

Tələbələr qidadan zəhərlənib -  AÇIQLAMA - FOTO