Gəncədə 21 yaşlı qız intihar edib.
"Medicina" xəbər verir ki, onun intiharına səbəb kimi 2021-ci ildə atasının ölümündən psixoloji sarsıntı keçirməsi olub.
Məlumata görə, o, martın 26-da gecə saatlarında atasının qəbrinin yanında sirkə turşusu məhlulu içib.
O, ağır vəziyyətdə Bakı Şəhər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib və orada vəfat edib.
Onun Gəncə Dövlət Universitetinin tələbəsi olduğu bildirilir. Gənc qız həm də rəssam kimi fəaliyyət göstərib.