Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Təkrarlanan baş ağrıları beyin şişindən ola bilər?

  • 2023.07.19 11:14
  • 1055 Baxış
Təkrarlanan baş ağrıları beyin şişindən ola bilər?
Güclü baş ağrıları, hətta arabir baş verirsə, təhlükəli hesab edilə bilər.

90 faiz insanlar ilkin baş ağrılarından əziyyət çəkirlər. Bu tip ağrılar həyat üçün təhlükə yaratmır və adətən, gərginlik baş ağrısı və ya miqrendir.


“Medicina” xəbər verir ki, nevroloq Valeri Kuvayevin sözlərinə görə, gərginlik baş ağrısı adətən, günortadan sonra qurbanlarını narahat etməyə başlayır, stress, həyəcan, psixo-emosional stressin nəticəsi olur. Belə ağrı zamanı baş sıxılır, tez-tez xəstələr tərəfindən dözülən kimi təsvir olunur.


“Miqren zamanı ağrı üzdə, gözün arxasında baş verir. İkinci dərəcəli ağrılara gəldikdə, onlar patologiyanın əlaməti olaraq ortaya çıxır. İkinci dərəcəli baş ağrıları beyin şişi, insult, meningit və s. ola bilər.

Xüsusilə, bu cür ağrılar güclü narahatlıq hissi ilə xarakterizə olunur.

Baş ağrıları ayda 10 günə qədər uzanarsa və başgicəllənmə, qolda zəiflik, stupor vəziyyəti və digər simptomlarla müşayiət olunarsa, diqqətli olmalısınız.

Baş ağrısına səbəb ola biləcək digər amillər:

• kifayət qədər su içmirsiz
• stress
• uzun müddət televizora baxmaq və ya kompüterdən istifadə etmək

• siqaret
• spirt
• qəhvə, çay

Günay Quliyeva