Təkrar stentin qoyulmasından xilas olacaqsız - Ürək xəstələri üçün unikal müalicə
Təkrar stentin qoyulmasından xilas olacaqsız - Ürək xəstələri üçün unikal müalicə
2018.05.22 15:58
25843 Baxış
Ürək-damar sistemi xəstəlikləri əmək qabiliyyətli əhalinin əlilliyinin və ölümünün əsas səbəblərindən biri olaraq qalır. Bu da cəmiyyətə külli miqdarda zərər vurur. Ümumdünya Səhiyyə Təşkilatının hesablaması və proqnozuna görə, hər il ürək xəstəliklərindən təqribən 17 milyon insan tələf olur, bu da ümumi ölüm göstəricisinin 29% -ni təşkil edir. Proqnoza əsasən, ürək-damar sistemi xəstəlikləri yer üzərində ölümün əsas səbəbi olaraq qalacaq. Əvvəllər ürək xəstəliklərindən əziyyət çəkən insanlar təqribən 50 yaşlılar olurdusa, hazırda bu xəstəliklər daha çox gənc insanlar arasında qeyd edilir.
Bunun səbəbi həyat tərzimiz, müasir ekologiya, əmək şəraiti və genetik meyillikdir.
Ürək - orqanizmin ən mühüm orqanıdır. O, sanki nasos kimi daima qanın orqan və toxumalarda dövranını təmin edir. Təbii ki, ürəyin işi zəif olarsa, həm toxuma, həm də orqanlar mühüm qidalı element və maddələri qəbul edə bilmir ki, bu da gələcəkdə müxtəlif xəstəliklərin yaranmasına şərait yaradır.
Toxuma və orqanları bütün elementlərlə, o cümlədən, oksigen ilə tam təmin etmək üçün yalnız şaxələnmiş koronar arteriyalar şəbəkəsi deyil, ürəyin də düzgün işləməsi lazımdır.
Arteriyalardakı dəyişiklik ürəyin qanla təchizatı sisteminin işinin zəifləməsinə səbəb olur. Əsasən miokardın ürək əzələsinin zədələnməsinə gətirib çıxaran koronar damarların daralması müşahidə olunur ki, bunun da nəticəsində ürəyin işemik xəstəliyi inkişaf edir. Elmi məlumatlara görə, ürəyin işemik xəstəliyinin və ürək damarlarında baş verən degenerativ (dağılma) dəyişikliklərin əsasında aterosklerotik (damarların tutulması) proses durur.
Çoxsaylı kliniki və eksperimental tədqiqatların nəticələri aterosklerozun polietioloji təbiətli olduğunu sübut edir. Geniş kliniki tədqiqatlar göstərir ki, lipid (piy) mübadiləsinin pozulması ürəyin işemik xəstəliyi və xüsusilə də miokard infarktı kimi kardiovaskulyar vəziyyətin xəbərçisidir. Sonuncu elmi tədqiqatlar göstərir ki, ürəyin işemik xəstəliyində aterosklerozun proqressivləşməsində (inkişaf etməsində) orqanizmdə subklinik (gizli) iltihab da az rol oynamır, bu da arzuolunmaz proqnozlu miokard infarktının inkişafında genetik faktorları təhrik edir.
Hazırda aterosklerozun proqressivləşməsi və fəsadlarının yaranmasında iltihab amilinin rolu elmi cəhətdən sübut olunmuşdur. Subklinik (gizli) iltihabi proseslərin aktivasiyasının sistemli effekti nəinki aterosklerozun proqressivləşməsi, aterosklerotik düyünlərin destablizasiyası, həmçinin, qəfil ölüm hadisəsi təhlükəsinin, kəskin koronar çatışmazlığı və onun fəsadlarının qiymətləndirilməsində əhəmiyyətli rol oynayır.
Son onilliklərdə miokard infarktının terapiyasında cərrahi müalicə üsulu olan koronar arteriyaların stentləşməsi geniş istifadə olunmağa başlamışdır.
Stentləşmə - az invaziv cərrahi müdaxilədir ki, bu zaman pasiyentin aterosklerotik düyünlə daralmış koronar damarlarına stent qoyulur. Stent nədir? Bu, torlu materialdan hazırlanmış metal borudur ki, damarın mənfəzində genəlir, düyünləri damar divarına doğru itələyir və onun mənfəzini genişləndirir. Xəstənin həyatını xilas etmək üçün kəskin koronar vəziyyətdə pasiyentə stent qoyulmalıdır, lakin bilmək lazımdır ki, bu, xəstəliyin yalnız simptomlarını aradan qaldırır. Ürəyin işemik xəstəliyinin səbəbi – ateroskleroz – aradan qalxmır və proqressivləşir, bu da stenokardiyanın təkrarlanmasına, miokard infarktının inkişafına, ürək çatışmazlığına və digər ciddi problemlərin əmələ gəlməsinə təhlükə yaradır. Bu səbəbdən, cərrahi əməliyyat keçirmiş insan öz vəziyyətinin ciddiliyini, mümkün təhlükəni və sonrakı müalicənin vacibliyini tam dərk etməlidir.
Problem qalmaqdadır və bir müddətdən sonra proqressivləşərək aterosklerotik düyünlərin formalaşması, olanların böyüməsi ilə müşayiət oluna bilər. Stent özü də bəzən restenoza məruz qalır, yəni bitişir, yaxud, tromblaşır. Ona görə də, koronar arteriyalarda stenti olan pasiyentlər bir müddətdən sonra digər koronar arteriya şaxələrinin stentləşməsi üçün kardiocərraha təkrarən müraciət etməli olurlar.
Bioloji təbabət insana canlı aləmdə özünütənzimləyən və özünübərpa edən ən mükəmməl biosistem kimi baxılır. Ona görə də xəstəliyi deyil xəstəni müalicə edir. Bu yanaşmada insan orqanizmində biotənzimləmə prosesinin,yəni metabolik pozulmalar və immun disfunksiya aradan qaldırılır.
Ürəyin işemik xəstəliyinin inkişafı və proqressivləşməsi haqqında yuxarıda qeyd olunan elmi sübutları nəzərə alaraq, kompleks əsaslanmış patogenetik müalicə sxemi və profilaktik üsullar, pasiyentin individual xüsusiyyətlərini nəzərə alan, bioloji tənzimləyici preparatlarla müalicə işlənib hazırlanır.
Bioloji üsullarla müalicə koronar damarlarda aterosklerotik prosesin tədricən aradan qaldırılmasına yönəlmişdir. Bu zaman hədəfdə metabolik, immunoloji pozulmaların, yəni lipid mübadiləsi pozulmasının tənzimlənməsi, koronar damarlarda mikrosirkulyasiyanın və qanın reoloji xüsusiyyətlərinin yaxşılaşdırılması, sistemli iltihabın, həmçinin orqanizmin özünütənzimləməsinin pozulmasına səbəb olan "blokada ocaqlarının” aradan qaldırılmasına yönəlmişdir.