Turner sindromu sadəcə qadınlarda görülən boy qısalığı və cinsi inkişafdan qalmaya səbəb olan genetik bir xəstəlikdir.
2000 qız usağından birində görülə bilir. Sindromun ən tipik əlaməti yaşına uyğun olmayan boy qısalığı və cinsi inkişafın olmaması səbəbindən yumurtalıqların funksional pozğunluğudur.
Turner sindromunun səbəbi qadınlarda 2 ədəd olmalı X xromosomunun birinin olmaması və ya anormal olmasıdır.
X xromosomu genetik dəyişimlərə görə bir neçə tipdə görülür.
Klinik Əlamətlər:
✓ Ürək anomaliyası
✓ Anormal böyrək
✓ Boyun arxasında və bədənin digər yerlərində ödəmin yığılması
Doğumdan sonra və uşaglıq zamanı görülən əlamətlər:
✓ Geniş boyun
✓ Qulaqların normadan aşağı pozisiyada olması
✓ Udqunmada çətinlik
✓ İnkişaf geriliyi
✓ Şişmiş əl və ayaqlar
✓ Başın arxasında düşük saç çizgisi
✓ Qısa əl və ayaq barmaqları
Yetişkinlərdə görülən əlamətlər:
✓ Aybaşı halının baş verməməsi
✓ Hamilə qalabilməmə
✓ Erkən menopoz
✓ Osteoparoz
Bütün genetik müayinə və analizlər üçün:
3 mkr., Pişəvəri 110 (Cavadxan küç 24), M. Əcəmi m.st. yaxınlığında;
(+994 12) 430 35 17
(+994 50) 265 66 00