Böyrək nəqlindən sonra böyrəyini bağışlayan donorun gələcəkdə böyrək çatışmazlığı olma riski sırf bu səbəbdən artmaz.
Bu günə qədər təkcə ABŞ-da 75 min insan yaxınlarına böyrək bağışlamışdır. Amerika və Avropada bugünə qədər aparılmış statistik araşdırmalar heç bir böyrək donoru olan birinin böyrək çatışmazlığı olma riskinin artmasını qeydə almamışdır.
"Medicina" xəbər verir ki, bu barədə nefroloq Barat Yusubov məlumat verib.
"Bəzi böyrək xəstəlikləri vəya qəzalar nəticəsində də insanların bir böyrəyin götürülməsi lazım ola bilər. Bu hallarda həmin insanların böyrək çatışmazlığı olma riski normal insanlardan fərqli deyil. Bir çox xəstəliklər zamanı hər iki böyrəkdə problem eyni zamanda başlayır. Yəni hər hansı bir şəxsdə böyrək çatışmazlığının inkişafı onun iki böyrəkli olması və ya tək böyrəkli olmasına bağlı deyil. Əksinə, əgər bir zaman böyrək çatışmazlığı kimi bir xəstəliklə üzləşmə riskiniz varsa, ən azından bir böyrəyinizi donor olaraq yaxınınıza verib onun sağalmasına səbəb ola bilərsiniz".
Aygün Musayeva