Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tək böyrəklə necə yaşamalı? – Həkim məsləhətləri

  • 2019.08.23 15:38
  • 9745 Baxış
Tək böyrəklə necə yaşamalı? –  Həkim məsləhətləri
Normada sağlam insanda böyrəklər cüt olmalıdır. Lakin həm anadangəlmə, həm də sonradan hər hansı səbəbdən tək böyrəyi ilə yaşayanlar var. 

Son zamanlar isə donorluq məqsədilə ailə üzvlərinin bir-birinə bir böyrəyini bağışladıqdan sonra bir orqanla yaşamağa məhkum olur. 


Böyrəklərdən biri funksiyasını itirə də bilər, buna displaziya deyilir. 

Medicina.az bir böyrəklə yaşamağın tibbi qaydalarını və risklərini təqdim edir.


Bir böyrək olmadıqda, digər orqan bütün funksiyasını üzərinə götürür və ölçüsü böyüyür. 

Tənha böyrək cüt oldugu haldakı ölçüsündən 40% böyük görünür. 


Tək böyrəyi qalan insanlar daim diqqətli olmalı, qida, su, həyat tərzinə fikir verməlidir.

Bəs hansı əlamətlərdən bu tək böyrəyin də çətinə düşdüyünü anlamaq olar?


-Üzün və yanaqların şişməsi

-Sidik sayı, miqdarı və rənginin dəyişməsi, köpüklənmə

-Ürəkbulanma, qusma

-İştahsızlıq, dad hissinin dəyişməsi

-Əl-ayaq barmaqlarının uyuşması

-Yorğunluq, halsızlıq


Eləcə də bir böyrəyi olan şəxslərdə proteinuriya – sidikdə zülal çoxluğu olur. Bu da qanda zülal çatışmazlığı, toxumalarda duz və maye yığılmasını sürətləndirir.


Amma tək böyrək insanın həyatının qısalmaslna səbəb olmur.

Həkimlər belə şəxslərə soyuqdan, donmadan, sistitə tutulmaqdan, sidik yolu infeksiyalarından qorunmağı məsləhət görür. Burun-boğaz orqanlarında streptokok infeksiya olarsa, dərhal müalicə etməli. 


6 aydan bir sidik, qan, USM müayinələrdən keçməli. 

Futbol, boks kimi idman növlərindən uzaq durmalıdır.

Tək böyrəklə necə yaşamalı? –  Həkim məsləhətləri