Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Təhlükəli xolesterinin səviyyəsini aşağı salır və piylənmə riskini azaldır - QIRMIZI ŞƏRABIN FAYDALARI

  • 2019.08.29 10:19
  • 7713 Baxış
Təhlükəli xolesterinin səviyyəsini aşağı salır və piylənmə riskini azaldır  - QIRMIZI ŞƏRABIN FAYDALARI
Qırmızı şərabın normal dozada istifadəsi bağırsaq mikroflorasına müsbət təsir edir, xolesterinin səviyyəsini aşağı salır və hətta bədən çəkisinə təsir göstərir. Bunu London Kral Kollecinin əməkdaşlarının yeni araşdırması üzə çıxarıb. Medicina.az "Gastroenterology” nəşrinə istinadən məlumatına görə, araşdırma gedişatında pivənin, sidrin, qırmızı və ağ şərabın bağırsağa olan təsiri yoxlanılıb. İnsan orqanizmi üçün yalnız qırmızı şərabın faydalı olması məlum olub. O, təhlükəli xolesterinin səviyyəsini aşağı salır və piylənmə riskini azaldır. Elmi işin müəllifi həkim Kerolayn Le Royun sözlərinə görə, qırmızı şərabın normal dozada istifadəsi bağırsaq mikroflorasının müxtəlifliyinə və sağlamlığına təsir göstərir.   Aparılan eksperimentin iştirakçıları fərqli çəkiyə, cinsə, yaşa, qidalanma rejiminə malik olsalar da, qırmızı şərabın normal dozada istifadəsinin faydası bütün hallarda qeydə alınıb. Tibb mütəxəssisləri şərabın sağlamlığa yaxşı təsir göstərməsi üçün ondan iki həftədə bir dəfə - 1-2 bakal istifadə etməyi məsləhət görüb.