Epidemioloqların ciddi təhlükə hesab etdiyi virus tamamilə məhv edilib.
Medicina.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Məlumata görə, 2020-ci ilə qədər kifayət qədər aktiv olan qripin “B” ştamının “Yamagata” nəsli tədricən yoxa çıxıb. Virusun məhv olmasının səbəbi isə COVID-19 pandemiyası ilə əlaqədar olaraq məhdudlaşdırıcı tədbirlərin tətbiqidir.
“Yamaqata” məhv olduğu üçün artıq peyvəndlərə daxil edilmir.
ÜST “B” ştamının başqa bir növü olan “Viktoriya”ın da zamanla məhv olacağını ümid edir.
Aysel