Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Təhlükəli qreypfrut pəhrizi - “Yo-yo” effektinə YOX

  • 2018.12.13 09:53
  • 10060 Baxış
Təhlükəli qreypfrut pəhrizi -  “Yo-yo” effektinə YOX
Son zamanlarda qreypfrut pəhrizi ilə arıqlama haqda çox danışılır. Amma onu qeyd etmək lazımdır ki, əgər sizin çəkiniz həddən çoxdursa o halda sözügedən pəhriz sizin üçün deyil. Bilinənlərin əksinə bu güclü tərkibə malik sitrus meyvəsi ilə arıqlamaq heç də təhlükəsiz deyil.  


Medicina.az sizə qreypfrut pəhrizin bir sıra təhlükəli cəhətlərindən söz açacaq.


Az kalorili olduğuna görə, pəhrizdən sonra əvvəlki templə qidalanmağa başlayan kimi yenidən çəki alma ehtimalı yüksəkdir. Pəhriz saxlayarkən enerji almaq üçün qəbul edilən zülallar karbohidratlarla əvəzlənir. Belə olduqda da xolesterin səviyyəsi yüksəlir ki, bu da sağlamlığa pis təsir edir.   


Əgər hər hansı dərman vasitələri qəbul edirsinizsə o zaman, qreypfrut pəhrizinə başlamadan əvvəl həkiminizlə məsləhətləşin. Ona görə ki, bu sitrus meyvəsi dərmanların təsirini dəyişmək və ya azaltmaq qabiliyyətinə malikdir. Nəticədə isə qəbul etdiyiniz dərmanlar orqanizminizə toksiki təsir göstərəcək. 

 

Adətən bu pəhriz 12 gün müddətində davam edir. Hər qida qəbulundan əvvəl yarım ədəd qreypfrut yemək və ya 1 stəkan şirəsini içmək tələb olunur.

 

Qreypfrut pəhrizi zamanı qida rasionu 800 – 1000 kkal-a qədər azalır ki, nəticədə pəhriz başa çatdıqdan sonra 4-5 kq çəki itirmiş olursunuz. Lakin əvvəlki qayda ilə qidalanmaya keçən kimi çəki alacaqsınız. Bu hal yo-yo effekti adlanır. Bundan əlavə qreypfrut pəhrizi uşaqlara və hamilə qadınlara qətiyyən olmaz. 


Bəzi insanlarda bu sitrus meyvəsinə qarşı yüksək həssaslıq mövcuddur ki, ondan istifadə edən zaman ürək bulanmasına, bu da öz növbəsində iştahanın azalmasına səbəb olur. Bu çox ciddi siqnaldır. Ona görə də ürək bulanmaya baxmayaraq qrepfrutu yemək qaraciyər problemlərinə səbəb ola bilər. 


Pəhrizi uzun müddət saxladıqda insan sağlamlığı üçün ciddi problemlər yarada bilər. Bu görə də, pəhrizə başlamadan əvvəl həkimlə məsləhətləşmək, araşdırmaq və səhhətinizdə olan problemlərdən xəbərdar olmalısız. Əks halda arıqlayaraq sağlamlıq və gözəllik əldə etmək əvəzinə bir sıra sağlamlıq problemləri qazana bilərsiniz. 


Qreypfrut meyvəsini adı meyvə və tərəvəzlər kimi qəbul etməkdə isə heç bir problem yoxdur. Bu meyvənin tərkibi bir sıra vitaminlər, minerallar və yağ yandırıcı maddələrlə zəngin olduğu üçün çox faydalı hesab olunur. 

 

Arzu

Medicina.az

Təhlükəli qreypfrut pəhrizi -  “Yo-yo” effektinə YOX