Qanda xolesterolun səviyyəsi çox yüksək olarsa, ürəyə pis təsir edir. Bu, ürək-damar xəstəlikləri, insult, infarkt riskini artırır.
Yüksək qan xolesterolu nadir hallarda hər hansı daimi simptomlarla müşayiət olunur. Amma bu problemlə üzləşənlər koronar arteriya xəstəliyindən əziyyət çəkirlər. Çox vaxt bundan xəbərsiz olduqları üçün insult və infarkt keçirirlər.
Odur ki, xolestrolun gizli simptomlarını bilmək olduqca vacibdir.
Medicina.az xəbər verir ki, təhlükəli dərəcədə yüksək xolesterol səviyyəsinin əlamətləri açıqlanıb.
“Healthline”a görə, koronar arteriya xəstəliyinin ən çox görülən simptomları bunlardır:
* ürəkbulanma,
* döş qəfəsində ağrı,
* nəfəs darlığı,
* həddindən artıq yorğunluq,
* boyun, çənə, qarnın yuxarı hissəsində və ya kürəkdə ağrı,
* ətraflarda uyuşma,
* əllərin və ayaqların daim soyuq olması.
Aysel