Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kovid bizə uyğunlaşdı, onunla artıq heç nə edə bilmərik - Professor

  • 2021.11.15 16:27
  • 2766 Baxış
Kovid bizə uyğunlaşdı, onunla artıq heç nə edə bilmərik -  Professor
Covid digər xəstəliklər altında maskalanır- Uşaqları gözləyən Təhlükə

Kovid infeksiyası daim xüsusiyyətini dəyişir və əlamətlər çox zaman digər xəstəliklərə bənzəməklə maskalanır.

Medicina.az xəbər verir ki, bu barədə professor, terapevt Dmitriy Yedelev məlumat verib.

“Hazırda Delta ştammın aktiv daşıyıcıları yeniyetmələr və uşaqlardır. Uşaqlar pandemiyanın ilk ili bir qədər kənarda qalmışdı, amma indi xəstəliyi ağır keçirirlər.

Bu gün regionlarda uşaq xəstəxanaları dəhşət filmlərini xatırladır. Vaksin əleyhinə olan və peyvənd olunmayan böyükləri ora aparmaq lazımdır ki, uşaqların necə əziyyət çəkdiklərini görsünlər. Bunu bu həddə çatdıran böyüklər idi.
Südəmər uşaqlar ağızlarını balıq kimi açıb yumub, bir udum hava istəyirlər. Onların balaca ağciyərləri koviddən tam “yanıb”.

Digər xəstəliyi olan uşaqlara həkim müayinəsi, xəstəxanaya qəbul çox yerlərdə tamam dayanıb. Hamı kovidlə məşğuldur.
Xəstəxananın baş həkimləri ağlayaraq deyir ki, böyüklər, peyvənd olunmayın, yoluxun özünüz ölün, amma körpələri bu vəziyyətə gətirib öldürməyin.


Bu həddə çatmağımızın səbəbkarı böyüklərdir. İndi növbə uşaqlarına çatdı. Vaxtında qorunmalı və peyvənd çıxan kimi vaksin vurdurmalı idilər.

Hər ay ümidverici xəbər gəlir ki, təzə dərman çıxıb, belə super effektivdir. Amma hələ bir normal elmi klinik sübut yoxdur. Hesab edirəm ki, yaxın 1 ildə kovidə qarşı efektiv dərman olmayacaq.

Çünki vaksin hazırlanma texnologiyası çoxdan məlumdur, indiki vaksinlərin sirri 20-30 il əvvəl açılıb, alimlər sadəcə mövcud vaksinlərin üzərində dəyişiklik edəcək onu bu virusa uyğunlaşdırır.

2004-cü ildə SARS virusuna qarşı peyvənd hazırlanmışdı. Bunlar yeni işlər deyil.
Amma bir dərmanın hazırlanması illər çəkər.

Kovid getdikcə simptomlarını da dəyişir. Bu yaxında bir pasiyenti müayinə etdim, ona heç vaxt kovid diaqnozu qoya bilməzdim. Sadəcə rinit kimi burnu qıcıqlanıb axırdı.

2 həftə idi burnundan sadəcə qabarcıqlı su axırdı. Lakin sağalmırdı. Çünki qripin müddəti maksium 6-7 gündür. Test etdik, müsbət çıxdı. İndi kovidin qripə bənzər versiyası çıxıb. Virus sanki zəifləyir, maskalanır, amma onun öldürücülüyü azalmır.


Biz ötən ilə nisbətdə ölüm faizinin düşdüyünü görmürük, düzdür, artım da yoxdur, amma bu qədər ölənlər də canlı insanlar,vətəndaşlarımızdır. Bu da virusun yaşamaq mübarizəsidir. Ölən çox olsa virus da ölənlərlə birgə gedəcək, azalacaq. Amma ona canlı insan lazımdır.


Peyvənd olunmayan ölkələrdə dalğalar bitmir, uzanır. Bizdə bir dəfə də olsun qığılcım-alovlanma-sönmə gedişatı olmayıb. Bunlar artıq dalğalıqdan keçib, biz yelləncəkdəyik. Hər an yıxıla bilərik. Təəssüf ki, kovid bizə uyğunlaşdı, onunla artıq heç nə edə bilmərik”.