Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tədris Terapevtik Klinikasına yeni direktor təyin olundu

  • 2023.04.19 12:43
  • 4707 Baxış
Tədris Terapevtik Klinikasına  yeni direktor təyin olundu
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasına yeni baş direktor təyin edilib.

Medicina.az xəbər verir ki, Səhiyyə naziri Teymur Musayevin sərəncamı ilə Fərid Eyvazov Tədris Terapevtik Klinikasına baş direktor təyin olunub.


Fərid Eyvazov, 2005-2006-cı illərdə Musa Nağıyev adına “Təcili Tibbi” yardım xəstəxanasında həkim-interna kimi fəaliyyət göstərib. 2008-2009-cu illərdə Nəsrəddin Tusi klinikasında, 2011-ci ildən 2012-ci ilədək Medikal Plaza Klinikasında çalışıb.


2013-2016-cı illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyində Özəl tibbi müəssisələrinin lisenziyalaşdırılmasında təcrübəli ekspert kimi işləyib.

2014-2015-ci illərdə “Qrand-Hospital”da, 2015-2018-ci illərdə “Aliance-Clinik”də baş həkim kimi fəaliyyət göstərib. Daha sonra isə “Bakı Bərpa Mərkəzi”ndə baş həkim olaraq çalışıb.


Xatırladaq ki, keçmiş direktor Surxay Musayev martın 1-də səhhəti səbəbilə ərizə yazaraq vəzifəsindən istefa edib.



Fotoda: Surxay Musayev


Aynur

Tədris Terapevtik Klinikasına  yeni direktor təyin olundu