Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasına direktor təyinatı olub.
Medicina.az xəbər verir ki, Klinikaya direktor vəzifəsinə universitetin I Daxili xəstəliklər kafedrasının müdiri, professor Vəsadət Əzizov təyin olunub.
Yeni rəhbəri kollektivə ATU-nun rektoru, professor Gəray Gəraybəyli təqdim edib.
O, öz ərizəsi əsasında işdən çıxıb.