Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tədris Cərrahiyyə Klinikasına yeni direktor təyin olundu - FOTO

  • 2022.10.11 13:57
  • 2968 Baxış
Tədris Cərrahiyyə Klinikasına  yeni direktor təyin olundu - FOTO

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasına yeni direktor təyinatı olub.


Bu barədə Medicina.az -a ATU-dan məlumat verilib.


Bildirilib ki, səhiyyə nazirinin əmri ilə türkiyəli mütəxəssis, Adnan Menderes Universiteti Tibb fakültəsinin təcili tibbi yardım kafedrasının dosenti Mücahit Avcil klinikanın direktoru təyin edilib.


Yeni direktoru səhiyyə nazirinin müavinləri İlqar Qasımov, Rasim İsmayılov və ATU-nun rektoru, professor Gəray Gəraybəyli kollektivə təqdim edib.


Xatırladaq ki, buna qədər klinikanın direktoru professor Surxay Hadıyev idi.