Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tədris Cərrahiyyə Klinikası müasir cihazla təmin olundu - FOTO

  • 2023.04.19 08:54
  • 1542 Baxış
Tədris Cərrahiyyə Klinikası  müasir cihazla təmin olundu - FOTO
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Ürək kateterizasiyası və angioqrafiya laboratoriyası yeni cihazla təmin olunub.


Medicina.az xəbər verir ki, FFR (Fraksiyalı Cərəyan Ehtiyatı) adlandırılan bu cihaz kardioloqların işinin xeyli yüngülləşməsinə səbəb olacaq.


Bu barədə adıçəkilən laboratoriyanın müdiri, dosent Qalib İmanov məlumat verərək, FFR cihazının özəlliklərini diqqətə çatdırıb:


“Doğrudur, cihazın pasiyentlər üçün elə bir fərqi olmasa da, biz həkimlərin işinin xeyli yüngülləşməsinə səbəb olacaq. Vaxta və məkana qənaət edilir. Stent qoyulmamışdan öncə ürək damarlarında darlığın səviyyəsini ölçmək mümkün olur. Bəzən pasiyentlərdə orta səviyyəli darlıqlara rast gəlirdik. Ora stend qoyulmasında qərar verməyə çətinlik çəkirik. Yəni bu cihaz vasitəsilə damarlarda darlığın ciddiliyini və həmin daralmaya müdaxilə etməyin mümkün olub-olmadığını asanlıqla müəyyənləşdirəcəyik”.