Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

2022-ci ilin əvvəlində yarım milyon insanı itirəcəyik - ÜST

  • 2021.12.10 14:46
  • 1956 Baxış
 2022-ci ilin əvvəlində yarım milyon insanı itirəcəyik  - ÜST

“Mövcud problem Deltadır və bu gün Deltaya qarşı nə qədər müvəffəqiyyətli olsaq, sabah Omikrona o qədər tez qalib gələcəyik”.

Medicina.az xəbər verir ki, ÜST-ün açıqlamasında təcili tədbirlər görülməsə, 2022-ci ilin əvvəlində dünyada yarım milyon insanın həyatını itirə biləcəyi vurğulanıb.


ÜST-ün Avropa Regional Direktoru Hans Kluge: "Omikron göz önündə yüksəlişdədir, narahat və ehtiyatlı olmaqda haqlıyıq. Amma dediyim kimi, indi problem Deltadır... bir ay keçdi və daha 120,000 insan öldü ”, – deyə açıqlamada bildirib.

Gündəlik ölüm sayının ötən aylarla müqayisədə indi artdığını bildirən H.Kluge, bu həftənin sonuna qədər Avropa və Orta Asiyada hər 10 nəfərdən 1-də COVID-19 infeksiyasının laboratoriya testləri ilə təsdiqlənəcəyini deyib.

H.Kluge onu da qeyd edib ki, 2020-ci ilin dekabrından 2021-ci ilin noyabrına qədər COVID-19 peyvəndi ilə ən az 470.000 həyat xilas edilib. /aztibb.az/