“Bakıda təcili yardım üzrə 139 briqada 1700-1800 çağırışı normal şəkildə həyata keçirə bilir”.
Medicina.az xəbər verir ki, bunu Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva stansiyanın bayram günlərindəki iş fəaliyyəti haqqında canlı yayımda çıxışında deyib.
O bildirib ki, təcili yardımın ünvana çatma vaxtı 40 dəqiqə çəkməlidir:
“Çağırışlar çox olanda müəyyən gecikmələr olub. Say 3300-ə çatanda gecikmə qaçılmazdır. Travmalar, ürək tutmaları, qıcolmalar zamanı, hamilələrin, uşaqların təcili yardıma çağırışlarını ilk növbədə həyata keçirməyə çalışırıq”.