Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Təcili yardımda çalışanların bayramıdır - 8 aya yarım milyon müraciət

  • 2017.09.12 17:27
  • 13161 Baxış
Təcili yardımda çalışanların bayramıdır -  8 aya yarım milyon müraciət

12
sentyabr Ümümdünya ilk Tibbi yardım günüdür.



 


Medicina.azxəbər verir ki, Bakı şəhəri Təcili və Təxirəsalınmaz
Tibbi Yardım Stansiyasında Ümumdünya İlk Tibbi Yardım Günü ilə əlaqədar tədbir
keçirilib.


 



Qeyd olunub ki, 2017-ci ilin ilk 8 ayı ərzində Bakı şəhəri Təcili və
Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 455 900-dən artıq ümumi müraciət daxil
olub. 455 900 müraciətdən 43070-dən çoxu xəstəxanalara yerləşdirilib.



Uşaqlar üçün edilən çağırışların sayı 51600-dən, onlardan xəstəxanalara
yerləşdirilənlərin sayı isə 8560-dan artıqdır.



Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox
ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 1300 nəfərdən
çoxdur.


 


Qəfləti xəstəliklərlə müraciətlərin sayı 254 230, ürək-qan damar xəstəlikləri
ilə bağlı müraciətlərin sayı 50267, hospitalizasiya 8926; miokard infarktı ilə
müraciətlərin sayı 577, hospitalizasiya 550-ə yaxın; insultla müraciətlərin
sayı 2497, hospitalizasiya 2224; doğuşla bağlı müraciətlərin sayı 2087,
hospitalizasiya 2077; zədələnmələrin ümumi sayı 14072, hospitalizasiya 8728,
bunlardan avtoqəza zamanı xəsarət alanların sayı 1587 hospitalizasiya 1393
olmuşdur ki, bu rəqəmdə də keçən illə müqayisədə artım qeyd edilir.


 



BŞT və TTYS-nın bölmələrinə birbaşa müraciətlərin sayı 25206,
hospitalizasiya 2360 olunub.