Təzyiq qalxanda qəfil meydana çıxan baş və ürək ağrıları zamanı hər zaman həblərdən istifadə etmək imkanı olmur. Həkim köməyini də hər zaman almaq mümkün deyil. Bəs belə olduqda ağrılardan necə qurtulmaq olar?
Medicina.az bu ağrılardan tez və effektli qurtulma yolunu açıqlayır:
Başınızda olan bəzi nöqtələrə təzyiq etməklə baş ağrısını aradan qaldırmaq, təzqiyi normallaşdırmaq, damarlarda olan spazmı və zəifliyi aradan götürmək mümkündür.
1-ci təcili yardım nöqtəsi
Bu nöqtə dodağın yuxarı hissəsidir. Dodaqla burun arasında olan bu hissəni 3 yerə ayırın. Onlardan birinci hissə sıxılmalı olan nahiyədir.
Həmin yer barmaqla kifayət qədər güclü basılmalıdır. Basın və ən az 20 saniyə olmaqla insanın vəziyyəti düzələnə qədər saxlayın.
Nə zaman tətbiq etməli?
İnsanın huşu itən zaman, huş itməsinə yaxın olan vəziyyətdə, ürəkbulanması, başgicəllənməsi, tərləmə və zəiflik zamanı.
2-ci nöqtə
Bu nöqtə aşağı dodaqla çənə arasında yerləşir. O, əvvəlki nöqtə ilə birlikdə sıxıldıqda yaxşı işləyir. Yaxşı olardı ki, bu nöqtələrə növbə ilə təzyiq olunsun.
Bu nöqtəni də güclü sıxın və 2 dəqiqəyə qədər saxlayın. Ona təsir edilən zaman orqanizmin enerjisi artır, baş ağrısı aradan qalxır.
3-cü nöqtə
Bu nöqtə boyunda yuxu arteriyasının üzərində yerləşir. Onu tapmaq elə də çətin deyil, belə ki, bu nöqtə sıxıldıqda çox güclü ağrı verir.
Bu nöqtəyə edilən təmas arterial təzyiqi normallaşdırır, yəni aşağıdırsa artırır, yuxarıdırsa aşağı salır.
Bu nöqtəni sıxmaq yox, barmaqla yüngülcə masaj etmək lazımdır.
Nöqtə boyunun hər iki tərəfində yerləşir. Onları eyni vaxtda deyil növbə ilə - hər birini 9 hərəkət olmaqla masaj etmək lazımdır. Daha sonra isə 20 saniyə boyunca yüngülcə sıxın.
4-cü nöqtə - təzyiqi normallaşdırır
Əllərinizi başınızın arxa hissəsində çarpaz şəkildə birləşdirin. Baş barmaqlarınızla ənsədə kənar tərəflərdə olan nöqtələri sıxın.
Təzyiq düşən zaman - boynunuzu yuxarıdan aşağıya doğru masaj edin.
Təqyiq artan zaman - əksinə, aşağıdan yuxarıya masaj edin. Əgər halınız düzəlmirsə, o zaman hər iki istiqamətdə də masaj edə bilərsiniz.
Bu nöqtələr həm də görmə sinirlərinin yerləşdiyi nahiyədir. Masaj zamanı qan dövranı yaxşılaşaraq görməni də gücləndirir.
5-ci nöqtə - yorğunluğu aradan qaldırır
Bu simmetrik nöqtələr qaşların başladığı nöqtələrdə yerləşir. Bu nahiyədə baş beyini qanla təchiz edən aktiv nöqtələr çoxdur. Sadəcə olaraq bu nöqtəyə basaraq ən ağrılı yeri tapın. Həmin nahiyəni çimdikləmə şəklində sıxaraq masaj edin. Bu nöqtə görməni artıra, yorğunluğu aradan qaldıra və baş ağrılarını azalda bilər.
6-cı nöqtə - baş ağrısını götürür
Alnınızı üfiqi şəkildə ovuclarınıza alaraq sıxın. 2-3 dəqiqə ərzində edilən bu cür masaj baş ağrısını kifayət qədər azaldacaq.
Ovucları alnınıza möhkəm sıxın və alın dərisinin yüngülcə hərəkətini təmin edərək sağa-sola doğru hərəkət etdirin.
7-ci nöqtə də baş ağrılarını aradan qaldırmaq üçündür
Barmaqlarınızın ücunu başınızın ortasına sıxaraq dərini tərpədin və aktiv bir şəkildə masaj edin. Daha sonra saç köklərinizi tərpədərək bu zonaya qan axınını gücləndirin. Bu masaj sayəsində baş ağrılarından, yüksəlmış qan təzyiqindən azad olacaq və iş qabiliyyətinizi artıracaqsınız.
8 - "Ürək” nöqtəsi
Çeçələ barmağınızın dırnağının hər iki yan tərəflərində yerləşən bu nöqtələr bağırsaqların və ürəyin işini normallaşdırır. Baş və şəhadət barmağını həmin nöqtəyə qoyun. Eyni vaxtda sıxaraq buraxın. Bu minvalla 9 hərəkət edin.
Sonda isə 20 saniyə boyunca sıxıb saxlayın.
Bu hərəkəti hər iki barmağınızda edə bilərsiniz.
9 - "Damar nöqtəsi”
Ovucun tam mərkəzində yerləşən bu nöqtə damarların sağlamlığını təmin edir. Əgər ürəkbulanması hiss edirsinizsə, yenə bu nöqtədən istifadə edə bilərsiniz.
Şəhadət barmağı ilə ovcunuzun mərkəzini sıxın. Əlləri növbələşdirərək hərəkəti 9 dəfə təkrar edin. Daha sonra sıxaraq 20 saniyə saxlayın.
Arzu
Medicna.az