Bakının tıxaclı yollarından keçərək çağırış ünvanına çatmaq təcili yardım maşınları üçün hələ də problem olaraq qalır. Hazırda paytaxt yollarında velosiped zolağı açıldığı halda, təcili tibbi yardımın maneəsiz hərəkəti üçün tədbir görülmür.
"Medicina" xəbər verir ki, TƏBİB sədri Vüqar Qurbanov bu problemin həlli və zolaq üçün alternativ təkliflə müraciət etdiyini
bildirib:.
"Yollarda sıxlıq çoxdur, zolaqlar da açılıb. Əlavə təcili yardım zolağı yollarda sıxlığı daha da artırar. Biz avtobus zolağından istifadəni təklif etmişik. Bu daha uyğun olar. İcazə olarsa, avtobus zolağı ilə təcili tibbi yardım maşınları da hərəkət edəcək".
Aygün Musayeva