Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Təcili yardım maşınında qəzaya düşən xəstə öldü

  • 2024.12.12 16:53
  • 172 Baxış
Təcili yardım maşınında qəzaya düşən xəstə  öldü

Təcili tibbi yardım avtomobili ilə Astaradan Lənkərana gətirilən xəstə ölüb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, bir neçə gün bundan əvvəl təcili tibbi yardım avtomobili ilə Astaradan Lənkərana gətirilən insult xəstəsi olan Astara rayon sakini 1956-cı il təvəllüdlü A. Əhmədova vəfat edib.

Xatırladaq ki, həmin gün Astaradan Lənkərana gələn təcili tibbi Yardım avtomobili köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Digah kəndi ərazisində Lənkəran rayon Şağlaküçə kənd sakini 1990-cı il təvəllüdlü N. Şərifzadənin idarə etdiyi "Hyundai Tucson" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində, təcili yardım avtomobilində olan xəstə A .Əhmədova və xəstənin yaxınları 1977-ci il təvəllüdlü E. Əhmədova və 1988-ci il təvəllüdlü S. İbrahimov Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. A. Əhmədova təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, "Hyundai Tucson" sürücüsü N. Şərifzadə də Lənkəran rayon təcili tibbi yardım şöbəsinin əməkdaşıdır.