Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Təcili yardım maşını çağırış yerinə neçə dəqiqəyə çatmalıdır?

  • 2023.10.27 16:00
  • 2461 Baxış
Təcili yardım maşını çağırış yerinə  neçə dəqiqəyə çatmalıdır?

Briqadaların müasir portativ avadanlıq dəsti ilə təchiz olunması vəziyyətin ağırlığından asılı olmayaraq, xəstələrə tibbi yardım göstərməyə, eləcə də, ağciyərlərin süni tənəffüsünə ehtiyacı olanların daşınmasına imkan verir. Təcili yardımın çağırışa çatma müddəti maksimum 20 dəqiqədir. Bir çox hallarda daha tez, yaxın ünvanlara hətta 3 dəqiqəyə çatırlar.


"Medicina" xəbər verir ki, Hospitalın Təcili Yardım şöbəsinin rəisi Nərgiz Kərimova bildirib ki,



"Hər kəs sağlamlıq və həyat üçün təhlükəli olan bir vəziyyətə düşərsə, ilk növbədə 905 nömrəsinə zəng vurmaqla "təcili yardım” çağırmalıdır. İdeal halda – kömək edənlərdən biri "təcili yardım”a zəng etməli, digəri isə ləngimədən zərərçəkənə həkiməqədərki ilk tibbi yardım göstərilməsinə başlamalıdır. Həyat üçün təhlükəli olan bu hallarda "təcili yardım” çağırılması mütləq tələb olunur.

"Təcili yardım”a zəng etdikdə həyəcanlanmayın, ünvanınızı (küçənin adı, evin, blok və mənzilin nömrəsi, mərtəbə) dəqiqliklə söyləyin, xəstənin adını və yaşını, onunla nə baş verdiyini, hazırda vəziyyətinin necə olduğunu qısa izah edin. "Təcili yardım”ın dispetçerinin bütün suallarına təmkinlə, hirslənmədən cavab verin. Çünki bu önəmlidir.

"Təcili yardım” ünvanınızı tapmaqda çətinlik çəkdiyi halda sizə zəng vurmaq üçün mütləq öz telefon nömrənizi də verin. Zəng vurarkən telefon aparatının yanında kağız və qələm də saxlayın, - ola bilər ki, "təcili yardım” gələnə qədər həkim sizə bəzi məsləhətlər də versin. Heç bir halda, "təcili yardım”ın dispetçeri telefon danışığını özü bitirməyənə qədər onunla əlaqəni kəsməyin. "Təcili yardım” maşınını qarşılamaq üçün mütləq küçəyə çıxın. Yaşadığınız ərazini tapmaq çətin olduğu halda (özəl ev, yeni tikilən binalar və s.) bu xüsusilə vacibdir. Bu yolla siz vaxta xeyli qənaət edərək "təcili yardım”ın sizə daha tez çatmasına yardım edərsiniz".


Aygün Musayeva