Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Təcili yardım həkimi pnevmoniyadan öldü – Evdə müalicə üçün icazə almışdı

  • 2020.04.10 17:58
  • 3367 Baxış
Təcili yardım həkimi pnevmoniyadan öldü    – Evdə müalicə üçün icazə almışdı

Borisovada təcili tibbi yardım feldşeri kəskin pnevmoniyadan ağırlaşaraq ölüb.

Medicina.az xəbər verir ki, 50 yaşlı Vasiliy Lipilin işdə özünü qrip əlamətləri ilə pis hiss edib, işdən icazə alaraq evdə müalicə olmaq üçün gedib. Lakin aprelin 4-ü onun halı pisləşib, təcili xəstəxanaya qaldırılıb.
Aprelin 9-u o ağır tənəffüs çatışmamazlığından ölüb.


Kolleqaları bildirir ki, təcili tibbi yardım həkimləri həmişə belədir, ən son ana kimi işləyir, müalicələri vaxtında olmur.


“ Vasiliy çox pozitiv idi, çətinlikləri özü həll edərdi. Heç vaxt səhhətindən şikayətlənməzdi. Son günlər o bütün həkimlər kimi cəbhədə döyüş rejimində işləyirdi. Çoxları elə bilir ki,təcili tibbi yardım həkimləri xəstələnmir, onlar həmişə ayaq üstə güclü olmalıdır. Amma onlar da insandır, onlar da tükənir”.