Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Təcili yardım çağırışına qoruyucu geyimdə gələn tibb işçiləri döyüldü

  • 2020.03.06 16:15
  • 2015 Baxış
Təcili yardım çağırışına qoruyucu geyimdə gələn tibb işçiləri döyüldü
Rusiyanın Moskva şəhərində təcili yardım çağırışına gələn tibb işçiləri döyülüb.

Gazeta.ru-nun xəbərinə görə, pnevmaniyası olan uşağa təcili yardım çağırılıb.

Tibb işçiləri çağırış yerinə qoruyucu geyimdə gəliblər.

Bundan qəzəblənən uşağın atası onları döyüb. Nəticədə, onların birinin burnu sınıb və kəllə-beyin travması alıb.

Hazırda hadisənin təfərrüatı aydınlaşdırılır. (oxu.az)