Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Təcili tibbi yardım xidmətinin qiyməti 25 manatdır

  • 2023.09.28 13:05
  • 5642 Baxış
Təcili tibbi yardım xidmətinin   qiyməti 25 manatdır

“Xidmətlər zərfi”ndə 1 464 tibbi xidmətin tarifi dəyişdirilərək, aktual bazar qiymətlərinə uyğunlaşdırılıb. Əvvəlki illə müqayisədə qiymətlərdə 56% artım var.


"Medicina" xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Səhiyyə İqtisadiyyatı Şöbəsinin baş məsləhətçisi Şamxal Cəmilzadə deyib.

“Tariflər dövlət və özəl tibb müəssisələrinin tibb heyəti ilə aparılan müzakirələr, bu müzakirələr nəticəsində müəyyənləşən personal, tibbi ləvazimat, avadanlıq, dərman və digər tələblər kimi amillər əsasında formalaşdırılıb”.

Hazırda ilkin tibbi-sanitariya yardımı xidməti üzrə adambaşına illik ödəniş məbləği 16 manatdan 21 manata, təcili və təxirəsalınmaz tibbi yardım xidməti üzrə ödəniş 20 manatdan 25 manata çatdırılıb.

Aygün M