Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Təcili tibbi yardım evlərdə koronavirus analizi götürəcək - AZƏRBAYCANDA

  • 2020.03.18 17:43
  • 16115 Baxış
Təcili tibbi yardım evlərdə koronavirus analizi götürəcək  - AZƏRBAYCANDA

Təcili tibbi yardım həkimləri evlərdə koronavirusla bağlı testlər edəcək.
Bunun üçün onlara xüsusi təlim keçirilərək, test nümunə götürmə paketi verilir.


Medicina.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB)dən məlumat verilib ki, hər hansı şəxs özündə qrip, soyuqdətmə, titrətmə əlamətləri hiss edərsə, harasa getmədən təcili tibbi yardıma zəng edərək, briqadaya məlumat verib, analiz olunmaq üçün müraciət etməlidir.

Təcili tibbi yardım həkimi evdə yaxma analizi götürərək, laboratoriyaya aparacaq. Cavab məlum olan kimi pasiyentə məlumat veriləcək.

Bakı şəhərində 103, ətraf ərazilər isə 113 nömrəsinə yığmalısız.
Qeyd edək ki, bu test sağlam adamlardan götürülmür.

Ona görə də, təcili tibbi yardıma saxta məlumat verən şəxslər cəzalandırılacaq.