Rusiyanın bütün bölgələrində covid dalğası güclənib. Çuvaşiya respublikasında yoluxanlar çoxalıb.
"Medicina" xəbər verir ki, respublika rəhbəri Oleq Nikolayev təcili olaraq maska rejiminə qayıtmağın vacibliyini açıqlayıb.
"Hər həftə ötən həftədəkindən 2 dəfə artıq yoluxma olur.
İmmunizasiya güclənməlidir. Ondi bütün büdcə təşkilatları və dövlət idarələri buster dozalanmaya cəlb olunub.
Əgər belə davam etsə, tezliklə maska rejiminə qayıtmalıyıq.
Gələn həftənin statistikasına baxacağıq. İnsanları qorumaq üçün bu vacibdir".
Aygün Musayeva