Təbriz Şəhidləri Xəstəxanasının ortoped rezidenti, azərbaycanlı həkim Rza Rzazadə İran Dövlət və İnqilab Prokurorluğunun 7-ci şöbəsinə çağırıldıqdan sonra həbs edilib.
Bakupost.az Teleqram kanallarına istinadən xəbər verir ki, azərbaycanlı həkim "sistemi və rəhbərliyi təhqir etməkdə" ittiham olunur.
Xəbərə görə, o, məhkəmə keçirilənə qədər zaminə və müvəqqəti azadlığa buraxılmasına baxmayaraq, İran Dövlət və İnqilab Prokurorluğunun 7-ci şöbəsinin prokuror köməkçisi Hadi Qaforianın əmri ilə Təbrizin mərkəzi həbsxanasına göndərilib.
Qeyd edək ki, Rza Rzazadə əvvələr Sistan və Bəlucistan əyalətinin Saravan şəhərinin səhiyyə şəbəkəsinin rəhbəri olub.