Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Təbii və texnogen mənşəli hadisələr nəticəsində 49 nəfər həlak olub - AZƏRBAYCANDA

  • 2019.07.26 10:41
  • 4398 Baxış
Təbii və texnogen mənşəli hadisələr nəticəsində 49 nəfər həlak olub  - AZƏRBAYCANDA
2019-cu ilin I yarımilliyi ərzində respublika ərazisində 7141 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2018-ci ilin I yarımilliyi ilə müqayisədə 327 hadisə və ya 5% çoxdur. Medicina.az bildirir ki, baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 49 nəfər həlak olub, 178 nəfər xəsarət alıb. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən 43 nəfər xilas edilib, 874 nəfər təxliyə olunub. 2019-cu ilin I yarımilliyi ərzində respublika ərazisində 91 təbii mənşəli hadisə qeydə alınıb, 2 nəfər insan tələfatı olub. Hesabat dövründə təbii mənşəli hadisələr zamanı nazirliyin xilasediciləri tərəfindən 133 nəfər təxliyə edilib.