Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Təbii möcüzə "Qreçka cücərtisinin" faydaları

  • 2022.08.27 15:10
  • 3810 Baxış
Təbii möcüzə   "Qreçka cücərtisinin" faydaları


Qarabaşaq ən faydalı yarma sayılır. Qarabaşaq zülallar, B qrupu, C və E vitaminləri, kalsium, mis, dəmir, maqnezium, kalium, yod kimi minerallar, flavonoidlər, liflərlə zəngindir.

Yaşıl qarabaşaq daha faydalı sayılır. Qəhvəyi qarabaşaq emal olunmuş məhsuldur ki, onun tərkibində faydalı maddələr yaşılla müqayisədə daha azdır.

Cücərdilmiş yaşıl qarabaşaq bütün dünyada super-fud (super-qida) - ən sağlam və faydalı məhsullardan biri sayılır. Xarici ölkələrdə supermerketlərdə hətta hazır cücərdilmiş qarabaşaq satılır.

Cücərdilmiş qarabaşağın tərkibində faydalı maddələr adi qarabaşaqla müqayisədə qat-qat daha çoxdur. Bu səbəbdən cücərdilmiş qarabaşaq əsl təbii dərman sayıla bilər.

Saglamolun.az oxucularını cücərdilmiş qarabaşağın faydaları ilə tanış edir:

Orqanizmə antioksidant təsir edir – cavanlaşdırır, xroniki xəstəliklərin riskini azaldır
Orqanizmi ziyanlı maddələrdən təmizləyir
Arıqlamağa kömək edir

Həzm proseslərini yaxşılaşdırır
Xolesterini salır, damarları təmizləyir
Təzyiqi tənzimləməyə yardım edir

Damarlarda trombların əmələ gəlməsi riskini azaldır, damarların divarlarını möhkəmləndirir

Fol turşusu, dəmir və mis sayəsində qanın tərkibini yaxşılaşdırır, qanazlığı zamanı faydalıdır

Əzələləri möhkəmləndirir, orqanizmi fiziki yükləmələrə qarşı daha davamlı edir. Bu səbəblərə görə cücərdilmiş qarabaşaq tez-tez idmançıların qidalnmasına daxil edilir.

Dəri, saç və dırnaqların vəziyyətini yaxşılaşdırır
Potensiyanı artırır, prostat vəzi xəstəliklərinin qarşısını alır

Yod çatışmazlığı ilə bağlı olan zob xəstəlikləri zamanı faydalıdır
Hamilə və uşaq əmizdirən qadınlar üçün çox faydalıdır

Güclü xərçəng əleyhinə təsirə malikdir

Şəkərli diabet xəstələrində qanda şəkəri tənzimlənməyə kömək edir
İmmun sistemini möhkəmləndirir

Gümrahlıq və enerji bəhş edir.

Cücərdilmiş qarabaşağı hazırlamaq üçün yaşıl qarabaşaq yaxşı təmizlənir, yuyulur, səməni kimi cücərdilir. Cücərtilərin uzunluğu bir neçə mm olanda artıq müalicəvi məhsulumuz hazırdır. Qarabaşağı yenidən yaxşı yuyun, qurudun və salatlara, sıyıqlara, müxtəlif yeməklərə əlavə edib və ya kəsmik , yoqurt, qatıqla qarışdırıb yeyə bilərsiniz.

Hazır cücərdilmiş qarabaşağı 3 gündən çox olmayaraq soyuducuda saxlayın, sonra yeni porsiya hazırlayın. Gün ərzində 2-3 x.q. cücərdilmiş qarabaşaq yemək olar. /saglamolun.az/