Bazarda tüksüz şaftalı kimi məşhur olan nektarin çox fərqli bir meyvədir. Çin və şərqi Asiyadan süfrələrə ayaq açan bu meyvə olduqca faydalıdır. Yayın C vitamini ilə zəngin olan, ən sevilən meyvələrindəndir. Medicina.az bu sirli meyvənin faydalarını təqdim edir:
Nektarin xaricdən şaftalıya bənzəyir, amma onun üstü tüksüz və daha sığallı olur. Nektarinin tərkibində fruktoza, saxaroza, orqanik turşular (alma və sirkə), aktiv polifenol, pektin, C və P vitaminləri, pektin maddəsi, fosfor, kalium, kalsium, maqnium, dəmir, kükürd və s. var. O daxili sekresiya vəzilərinin fəaliyyətini artırır, pis və çətin həzm olunan yağların orqanizm tərəfindən sorulmasını sürətləndirir. Nektarinin tərkibində olan A və E vitaminləri, antioksidantlar dərinin elastikliyini artırır
• dəridə olan xırda qırışları açır
• çapıqların sağalmasını sürətləndirir
• xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır.
Nektarinin tərkibində olan pektin birləşmələri orqanizmdə zərərli maddələrin xaric olmasına səbəb olur. Nektarin orqanizmdə xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır. Ürək döyüntülərinin zəifləməsi zamanı, qan azlığında, mədə turşuluğunun miqdarı artdığı zaman, qəbizlik zamanı yeməyə 15 dəqiqə qalmış nektarin şirəsi içmək çox faydalıdır. Vaxtaşırı nektarin şirəsi içmək areterial təzyiqin və ateresklerozun profilaktikasında çox xeyirlidir.
Faydaları:
• A,C, kalium və fosfor baxımından zəngindir.
• lifli olduğuna görə, diyetdə olanlar üçün əvəzsizdir.
• proteyn və yağ baxımından zəif meyvədir
• tərkibindəki minerallar sayəsində həzm sistemini yaxşıladırar
• qanda şəkətin səviyyəsini nizamlayar
• qəbizlik problemi yaşayanlar üçün ideal bir meyvədir
• sidik qovucu xüsusiyyəti var
• bağırsağın və mədənin dostudur
• bağırsaq qurdlarını ilə mübarizə edir
• böyrək daşı yaranmasını önləyən meyvədir
• əzələ və oynaq ağrılarını yüngülləşdirir
• immun sistemini gücləndirib, ağrıları sakitləşdirir
• dərini yumuşaldar, ləkələri azaldar
Özü kimi çəyirdəyi də faydalıdır. Mədə spazmalarına yaxşı təsir edir. İnsulin tərkibli olduğu üçün faydalıdır.
Nektarinin Ziyanı
Nektarindən həddindən çox yemək çəkinin artmasına səbəb olur. Şəkərli diabetdən və allergiyadan əziyyət çəkənlərə də bu meyvədən istifadə edərkən ehtiyatlı olmaq tövsiyə edilir.7 yaşından kiçik uşaqlara da çox nektarin yemək tövsiyə edilmir. Nektarin ləpəsinin çəyirdəyində zəhər və sinilin turşusu var.