“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) sosial şəbəkələrdə Ağdaşda İrandan gələn Azərbaycan vətəndaşının halının pisləşməsi və ürəyinin getməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.
Medicina.az-ın məlumatına görə, TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, yayılan görüntü şayiədir.
"Həmin şəxs həqiqətən də İranda işləyib və Ağdaşa qayıdıb. O, sırf yorğunluqdan huşunu itirib. Analizlər götürülüb və vəziyyəti stabildir".