"Azərbaycanda koronavirusa yoluxan üç nəfərin hamısının vəziyyəti stabildir, ölüm halı yoxdur. Başqa məlumat olarsa, əhali məlumatlandırılacaq".
Bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva deyib.
Onun sözlərinə görə, sosial şəbəkə istifadəçiləri bu cür ajiotaj yaradan məlumatlar yaymasınlar: "Bu gün artıq Operativ Qərargah və Baş Prokurorluq da belə xəbərlərlə bağlı məlumat yayıb".