Lənkəranın bir neçə kəndində son dövrdə yoluxan insanların sayı artan dinamika üzrə gedib.
TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib ki, koronavirusla mübarizə iki mərhələyə bölünüb:
“Birinci dövr karantin dövrü və məhdudiyyətlərin tətbiq edilməsi idi. Gəncə şəhərində bütün dövlət qurumlarının birgə apardığı tədbirlər nəticəsində epidemiyanın yayılmasının qarşısını almaq müəyyən qədər mümkün olub. Lakin yoluxmanın artma riski qalır, arxayınlaşmamalıyıq. Yevlax rayonunda son günlərdə 64 sakin virusa yoluxub.
Lənkəranda yoluxmanın yüksək olduğu kəndlər var. Boladi kəndi 16, Şiləvəngə 8, Vilvan kəndinə 11 fakt aşkarlanıb. Bu bölgələrin sakinləri karantin qaydalarına xüsusilə əməl etməlidirlər”.