"Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin sədri Ramin Bayramlı işinin başındadır”.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.
"TƏBİB sədri REACT-C19 layihəsi çərçivəsində ölkəyə gələn həkimlərimizlə birlikdə çalışır. Pandemiya xəstəxanalarında monitorinqlər keçirilir. R.Bayramlı da həmin proseslərə şəxsən nəzarət edir. Lahiyə başa çatsa da, həkimlər hələ də işlərini davam etdirirlər”.