TƏBİB koronavirusa yoluxma sayının artması nəticəsində yenidən modul tipli xəstəxanaların fəaliyyət göstərib-göstərməyəcəyi məsələsinə aydınlıq gətirib.
Medicina.az xəbər verir ki, COVID-19-la mübarizə tədbirləri çərçivəsində TƏBİB-in tabeliyində olan modul tipli xəstəxanaların fəaliyyət istiqaməti aktiv yoluxma sayının artması və azalmasına uyğun olaraq tənzimlənir:
“Fəaliyyətdə olan pandemiya tibb müəssisələrində müalicə olunan xəstə sayı nəzərdən keçirilir və təhlil aparılır. Hazırda mövcud çarpayı sayı yetərlidir”.