Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

TƏBİB-dən əhaliyə vacib MÜRACİƏT

  • 2020.12.07 14:19
  • 2152 Baxış
TƏBİB-dən əhaliyə vacib  MÜRACİƏT
Hazırda pandemiya ilə mübarizə üçün ayrılmış xüsusi rejimli 46 xəstəxanada vətəndaşların sağlamlığının qorunması məqsədilə minlərlə tibb işçisi öz üzərinə düşən vəzifələri şərəflə yerinə yetirir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən verilən məlumata görə, bütün xəstəxanalarımızda müayinə və müalicə prosesi qəbul edilmiş klinik protokollara uyğun olaraq tamamilə dövlət hesabına həyata keçirilir. Tam əminliklə bildiririk ki, hazırda xüsusi rejimli xəstəxanalarımızın hamısı hər növ dərman və tibb vasitələri ilə, o cümlədən, favipravir, remdesevir kimi antivirus preparatları ilə tam təchiz edilmişdir. COVID-19 xəstəliyinin aşkar edilməsi üçün 40-a yaxın Molekulyar Mikrobioloji laboratoriyada gün ərzində ÜST-ün müəyyən etdiyi kriteriyalara uyğun olaraq 20 000-dək PZR testi tam ödənişsiz, dövlət hesabına aparılır. Bununla yanaşı, tibb müəssisələrimizin bir hissəsi də 44 günlük Vətən Müharibəsində yaralanmış qazilərimizə tibbi xidmət göstərməyə davam edir.

Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, bir sıra hallarda öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə çalışan bəzi şəxslər bu yolda canını və sağlamlığını təhlükəyə atan həkimlərimizin əziyyətlərinə kölgə salmaqdan belə çəkinmirlər.


Koronavirusa yoluxmuş şəxslərin müalicəsi zamanı onlardan əlavə ödənişlər tələb edən şəxs və ya şəxslərin olması ilə bağlı sosial şəbəkələrdə yaranmış müzakirələrə aydınlıq gətirmək məqsədilə bu prosesdə iştirak edən insanların qanunla cəzalandırılmasında yaxından iştirak etməyinizi Sizdən xahiş edirik.

Əmin ola bilərsiniz ki, müraciət edən hər bir şəxsin konfidensiallığı qorunacaq, əsaslı faktlar toplanaraq araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim ediləcək.

Qeyd edilən hallara məruz qaldığınız və ya rastlaşdığınız zaman aşağıda göstərilən əlaqə vasitələri ilə bizə məlumat verməyinizi xahiş edirik.

Biz Birlikdə Güclüyük!


Tel : +99451513-1542